Home - sapport.az

Xidmət Portfeli

Biz Kimik?

 

SAPPORT, müştərilərinə SAP layihələrində və bu sahədəki investisiyalarda ən doğru yol göstərmək məqsədilə 2018-ci ildə təsis edilmişdir. Komandamız dünya miqyaslı şirkətlərdə çalışan sertifikasiyalı mütəxəssislərdən ibarət olub, ölkə daxilində və xaricində qida, pərakəndə satış, avtomobil, tikinti və əczaçılıq kimi müxtəlif sektorlarda bir çox SAP layihələrini uğurla həyata keçirmişdir. Bu təcrübə müştərilərimizin biznes proseslərinin optimallaşdırılmasında və SAP investisiyalarının maksimum dəyər əldə etməsində mühüm rol oynamışdır.

Bizim xidmətlərimiz şirkətinizin SAP ekosistemində bütün ehtiyaclarını əhatə edir: Konsaltinq Xidmətləri, Sənaye Həlləri, Sistem Auditi, Lokalizasiya və QA Dəstəyi, SAP Təlim və Dəstək, həmçinin Incident Management. Hər bir xidmətimiz fərdi yanaşma, best practice metodologiyası və şirkətinizin unikal tələblərinə uyğun həllər təmin edir.

Siz də şirkətinizin proseslərini SAP proqramında effektiv idarə etmək, səmərəliliyini artırmaq və komandalarınızı təlimlərlə gücləndirmək istəyirsinizsə, doğru ünvandasınız. Bizim təcrübəli komandamız sizin SAP ehtiyaclarınızı dəyərləndirərək ən uyğun həlləri və dəstəyi təqdim etməyə hazırdır.

Birlikdə ortaq məqsədlərə nail olmaq bizim üçün çox mühümdür!

 

 
 
+32

UĞURLU LAYİHƏ

+20

MÜTƏXƏSSİS

+11

MÜŞTƏRİ

 

Müştəri və Tərəfdaş Portfeli