Quick Viewer və Query nədir? - sapport.az

Quick Viewer və Query nədir?

Quick Viewer və Query nədir? Onlar arasındakı təməl fərq? Bu alətlər vasitəsilə hesabatımızı necə hazırlamaq olar? kimi sualların cavabını bu və sonrakı məqalələrdə əldə edəcəksiniz.

Query, ABAP proqramlaşdırma dilindən istifadə etmədən (və ya az istifadə edərək) SAP programında hesabat hazırlamaq üçün bir alətdir. SAP-da hesabat (rapor) hazırlamaq üçün istifadə edilən alətlərdən biri də SAP Quick Viewer-dir. SAP Query ilə SAP Quick Viewer arasındakı təməl fərq istifadəçinin hesabata baxmaq səlahiyyətidir. Belə ki,

  • SAP Quick Viewer-də hazırlanan rapora yalnız onu hazırlayan istifadəçi baxa bilər.
  • SAP Query-də hazırlanmış rapor müəyyən bir istifadəçi qrupuna təyin edilir. Bu istifadəçi qrupu daxilində olan istifadəçilər bu rapordan istifadə hüququna malik olurlar.

SAP Quick Viewer-də rapor hazırlamaq üçün SQVI tranzaksiyasından istifadə edilir. Nümunə olaraq satıcı (vendor) məlumatlarını özündə əks etdirən rapor hazırlayaq.

1. Əmr xanasına SQVI yazılır və ya menyudan aşağıdakı şəkildə seçilir.

SAP Menu – Tools – ABAP Workbench – Utilities – SQVI Quick Viewer

2. QuickView yazılan xanada rapor üçün ad verilərək Yarat “Create” düyməsi seçilir.

3. Yarat dedikdən sonra,

a. Hazırladığımız rapora ad verilir, şərh yazılır.

b. Data Source bölməsindən aşağıdakılardan biri seçilir. (Nümunə olaraq, Table Join)

I  Cədvəl (Table)

Sistemdə mövcud müəyyən bir cədvəldən məlumatları almaq üçündür. Nümunə olaraq, əgər hesablar planında olan hesabların kodu və adına aid rapor hazırlamaq üçün SKAT cədvəlindən istifadə edə bilərsiniz.

II Cədvəllər arası əlaqə (Table Join)

SAP sistemində bir biri ilə ortaq xanası (field) olan cədvəllər arasında əlaqə (Join) qura bilərsiniz. Nümunə olaraq, əgər müştəri məlumatlarını özündə əks etdirən rapor hazırlamaq istəyirsinizsə, KNA1, KNB1 cədvəllərinin ortaq KUNNR xanasına görə Join edə bilərsiniz.

III  Məntiq bazası (Logical database)

Sistemdə yaradılmış obyektlərdən istifadə edilərək rapor hazırlana bilər.

IV  SAP Query İnformasiya Bazası (SAP Query Infoset)

QuickViewer-də hazırlanmış bir neçə rapor tərəfindən istifadə edilən qaynaqlardır. SAP Query paylaşımımda bu haqda geniş məlumat veriləcək.

c. Layout Mode seçməniz məsləhətdir. Bu, rapor hazırlanarkən görüntüdə dəyişiklik etmənizi təmin edər. Çöx önəmli deyildir, rapor hazırladığınız müddətdə də sistemdə yenidən digərini seçib dəyişiklik edə bilərsiniz.

Aşağıdakı kimi verilənləri daxil edib Enter deyin.

4. “Cədvəl Əlavə Et” işarəsini seçib Satıcının mandant (client) məlumatlarını özündə əks etdirən LFA1, şirkət kodu məlumatlarını əks etdirən LFB1 cədvəllərini qeyd edin.

İki cədvəl arasında ortaq xana LIFNR – Satıcı kodudur. Sistem tərəfindən avtomatik Join edilir.

5. Qeyd edilən funksiya ilə cədvəllər arası əlaqənin düzgünlüyü kontrol edilərək geri düyməsi seçilir.

6. Seçilən cədvəllərin bütün xanaları (field) ekrana gəlir. Birinci sütun raporda olacaq sütunlar, ikinci sütun isə raporu hansı kriteriyalara görə çalışdıracağınızı göstərir. Lazımlı xanalar qeyd edilir.

7. Raporda olacaq sütunların yerini ekranın sağ tərəfində mövcud olan cədvəldən dəyişdirə bilərsiniz.

8. Lazımlı xanaları seçib F8 düyməsinə klikləyin. Qeyd etdiyiniz kriteriyalara görə raporu çalışdıra bilərsiniz

Hesabatın görüntüsünü dəyişdirə bilərsiniz. Əgər istəsəniz raporu çalışdırdığınızda birbaşa excel proqramı açılsın – Spreadsheet, əgər cədvəl formasında açılmasını istəyirsinizsə – Display as table seçin. Praktikada ən çox SAP List Viewer tətbiq olunur.

9. Raporu yadda saxlayaraq, SQVI tranzaksiyasına daxil olub birbaşa raporu seçib çalışdıra bilərsiniz.

SAP Query ilə hesabat (rapor) hazırlamaq üçün isə aşağıdakı işləm kodlarından (transaction code) istifadə edilir:

1. İstifadəçi qrupu (User Group) yaradılır. ( Tcode: SQ03)

2. İnformasiya Bazası (InfoSet) təyin edilir. (Tcode: SQ02)

3. Query hazırlanır. (Tcode: SQ01)