Özünüzə investisiya edin! - sapport.az

Özünüzə investisiya edin!

Bu məqaləmi daha çox universiteti yenicə bitirib iş karyerasına başlamaq istəyənlərə, qismən isə mövcud iş yerini bəyənməyib yeni peşəyə sahib olmaq istəyənlər üçün hazırladım. Fikrimcə, qeyd etdiyim auditoriya özlərinə investisiya edib SAP proqramını öyrənərək istər ölkəmizdə fəaliyyət göstərən şirkətlərdə, istərsə də beynəlxalq arenada özlərini sınaya bilərlər.

SAP-ı necə öyrənə bilərəm?

Amerikalı investor Warren Buffet qeyd edirdi: “Bacardığınız qədər özünüzə investisiya edin, çünki sizin ən böyük varlığınız özünüzsünüz”.

ERP bazarında dəyəri gündən günə artdıqca “SAP-ı necə öyrənə bilərəm?” sualını verənlərin sayı da artmaqdadır. SAP-ı öyrənmək istəyənlər ilk növbədə SAP-ın hansı modulundan başlamağa qərar verməlidirlər. Çünki SAP bir ERP paketdir, bu paketi tamamilə öyrənmək çox çətindir, bəlkə də imkansızdır. Hər hansı bir modulu seçib tədris ala bilərsiniz, ancaq bu sahədə daha mükəmməl olmaq üçün seçdiyiniz modul ilə əlaqədar təməl anlayışları və iş proseslərini öyrənməniz vacibdir. Nümunə olaraq, SAP-ın FI (Muhasibat uçotu) modulu üzrə mükəmməl consultant olmaq istəyənlərin muhasibat uçotu nəzəriyyəsindən anlayışı olmalı, bu sahə ilə əlaqədar iş proseslərini bilməli və ya SD (Satış) modulunu öyrənmək istəyənlər bu modul üzrə təməl biliklərə (satışın təhlili, satış kanalları, qiymətləndirmə və s.) sahib olmalıdırlar.

Qısacası, SAP öyrənmək üçün aşağıdakı yollardan istifadə edə bilərsiniz.

  • Tədris mərkəzlərində SAP kursları ilə maraqlanmaq
  • Online video kurslardan məlumat əldə etmək
  • İnternetdən yüklədiyiniz kitabları oxumaq
  • Öyrəndiklərinizi tətbiq etmək üçün IDES serverinə bağlanmaq
  • SAP Konsalting şirkəti tərəfindən işə alınaraq layihələrdə iştirak etmək
  • SAP tətbiq edən şirkətin “Core Team”-də iştirak etmək

Məndən “SAP öyrənmək istəyirəm, nədən başlayım?” sualını verənlərə cavabım: ixtisasınıza, iş həyatınıza, özünüzə yaxın bildiyiniz modulu seçib, eyni zamanda iş proseslərini də öyrənərək başlaya bilərsiniz. Təbii ki, SAP Consulting şirkətlərdə və ya SAP istifadə edən şirkətlərin layihələrində iştirak edərək başlamaq daha məsləhətlidir.

Mövzu ilə bağlı faydalı linklər: