Sap konsultant kimdir və pu peşəyə necə sahib olmaq olar? - sapport.az

Sap konsultant kimdir və pu peşəyə necə sahib olmaq olar?

İlk növbədə “SAP Konsultant kimdir?” sualına aydınlıq gətirək.

Qısaca desək SAP konsultant, SAP proqramının bir və ya birdən artıq modulunda təcrübəyə sahib insanlardır. Ancaq daha dəqiq desək, SAP Konsultant, layihələrdə müştərilərinə doğru yol göstərən, iş proseslərini analiz edərək məsləhətlərini verən, yenidən dizayn edilmiş iş proseslərinə uyğun SAP proqramında özünəməxsus modulda memari strukturu quran, doğru zamanda doğru konfiqurasiyanı edən, digər modullarla inteqrasiyanı sağlam şəkildə təmin edən, istifadəçi əl kitabçasını hazırlayıb istifadəçilərə təlim verən, müştərini məmnun edəcək raporları hazırlayan, layihə ərzində və ya layihə sonrasında çıxan problemləri həll edən təcrübəli şəxslərdir.

Təbii ki, digər sahələrdə olduğu kimi, burada da ən önəmli kriteriya təcrübədir. Təcrübə isə, SAP Konsultantın həyata keçirdiyi və iştirak etdiyi layihələrin sayıdır. Nə qədər çox layihələrin (E2E, Rollout, Support) varsa, demək ki bir o qədər çox təcrübəli müşavirsən.

Bəs kimlər SAP Konsultant ola bilər?

Əslində universiteti bitirən hər bir şəxs bu peşəyə sahib ola bilər. Sadəcə, ilk növbədə ixtisasınıza uyğun bir modul seçməlisiniz. Belə ki, “Maliyyə”, Muhasibat Uçotu” və s. ümumi iqtisadiyyat ixtisaslı gənclər SAP proqramının “FI – Financial Accounting”, “CO – Cost Accounting and Controlling”, “MM – Material Management” modullarını və ya özlərini pərakəndə sahəsində görmək istəyənlər SAP proqramının IS Retail, bank sektorunda karyera qurmaq istəyənlər SAP Banking sənaye həllərini seçə bilərlər. Deyək ki SAP modulunu seçdiniz. Bundan sonra özünüzü bu sahədə necə inkişaf etdirə bilərsiniz?

  1. Tədris mərkəzlərinə yazıla bilərsiniz, Online təlim ala bilərsiniz.
  2. SAP konsaltinq şirkətlərində “Junior” olaraq işə başlaya bilərsiniz
  3. SAP istifadə edən firmalarda çalışaraq, ERP Iayihələrdə iştirak edə bilərsiniz.

SAP Tədrislərinin qiymətləri digər kurslara görə yüksək ola bilər. Ancaq təcrübəli şəxs tərəfindən təlim alsanız qısa zamanda seçdiyiniz modulun təməl anlayışlarını öyrənə bilərsiniz. Tədris üçün yetərli maddiyyət yoxdursa, seçdiyiniz modul ilə əlaqədar bütün kitabları, qeydləri internetdən yükləyib oxumanızı tövsiyə edirəm. Bunlar sizə konsultant firmalarda iş tapmağınıza da kömək edəcəkdir.

Minimum 3 ildən sonra, əgər bu illərdə E2E layihələrdə iştirak etmisinizsə, bir neçə Rollout layihələriniz olubsa, təcrübəli konsultant tərəfindən verilən tədrislərdə iştirakınız olubsa, özünüz bir neçə dəfə təlim vermisinizsə, müştəri problemlərini həll edib öz tövsiyələrinizi vermisinizsə artıq bu peşəyə sahiblənmisiniz deməkdir. 

Ancaq unutmamaq lazımdır ki, SAP Konsultant yüksək səviyyədə  “müştərilərlə davranış bacarığı”na da sahib olmalıdır.