SAP Validation - sapport.az

SAP Validation

SAP sistemində məlumatların doğruluğunu təmin etmək məqsədilə müəyyən funksiyalardan istifadə olunur ki, bunlardan biri Validation (Kontrol, türkçə: doğrulama) sayılır. Validation funksiyası ilə sistemdə modullara məxsus, başlıq və sətir səviyyəsində müəyyən kontrollar qoyulur ki, məlumat daxil edildiyi anda sistem girilən məlumatın doğruluğunu kontrol edir.

Validation (Doğrulama) ilə bağlı prosedur:

  1. İlk növbədə hansı sahə üçün kontrol qoyulacağına qərar verilməlidir.
    • Financial Accounting
    • Cost Accounting
    • Asset Accounting
    • Special Purpose Ledger
    • Consolidation
  2. Kontrol qoyulacaq sahə seçildikdən sonra kontrolun hansı səviyyədə qoyulmasına qərar verilməlidir.

Nümunə olaraq qeyd edə bilərik ki, FI – Financial Accounting (Muhasibat uçotu) modulunda 3 kontrol səviyyəsi vardır:

  • Maliyyə sənədinin başlığı

SAP sistemində maliyyə sənədinin başlıq məlumatları BKPF cədvəlində qeyd edilir. Bu cədvəldə olan sahələrə kontrol qoymaq mümkündür. Nümunə: sənədin tarixi ilə sistemə daxil edilən tarix eyni olmalıdır kimi kontrol qoyula bilər.

  • Maliyyə sənədinin sətir bilgiləri

SAP sistemində maliyyə sənədinin sətir məlumatları BSEG cədvəlində qeyd edilir. Bu cədvəldə olan sahələrə kontrol qoymaq mümkündür. Nümunə olaraq, maliyyə sənədində xərc hesabına doğru xərc (məsrəf) mərkəzinin seçilməsi üçün kontrol qoyula bilər.

  • Tamamlanmış sənəd

Bu səviyyədə yalnız rəqəmli (numeric) sahələr üçün kontrol qoyula bilər.

  • Validation tanımlandıqdan sonra uyğun təşkilati struktura (şirkət kodu, kontrol sahəsi) təyin edilərək aktivləşdirilir.

Validation hazırlamaq üçün sistemə,

  • İlkin şərt
  • Kontrol
  • Mesaj (mesaj yaratmaq üçün SE91 tranzaksiyasından istifadə edilir)

daxil edilir.

Nümunə 1:

Bildiyimiz kimi Satınalma sifarişinə əsasən Satınalma fakturasını sistemə daxil etmək üçün MIRO tranzaksiyasından istifadə edilir. Adətən saxlanılan sənədin tipi “RE” olur. İadə fakturalarında (credit memo) əl ilə “RI” seçilməsi tələb olunur. İstifadəçi tərəfindən sənəd tipinin (document type) “RI” seçilməsi unudula bilər, bunun üçün sistemə aşağıdakı kimi kontrol qoyula bilər.

İlkin şərt

BKPF-TCODE = ‘MIRO’ AND BSEG-BSCHL = ’21’ AND

               BSEG-KOART = ‘K’

Kontrol

               BKPF-BLART = ‘RI’

Mesaj

               RI sənəd tipi seçin!

Nümunə 2:

Bildiyiniz kimi kommersiya hesablarında yalnız kommersiya yönümlü xərc mərkəzləri seçilməlidir. Bunun üçün kommersiya hesabları (məsələn: 711*) və uyğun xərc mərkəzləri üçün GS01 tranzaksiyasından qrup (set) yaradılır.

Aşağıdakı şəkildə kodlama edilərək qrup yaradıla bilər.

KOMXH (Kommersiya Xərc Hesabları)

7110000000 – 7119999999

KOMXM (Kommersiya Xərc Mərkəzləri)

1000 – A Xərc Mərkəzi

1001 – B Xərc Mərkəzi

1002 – C Xərc Mərkəzi

İlkin şərt

BSEG-HKONT IN KOMXH

Kontrol

               BSEG-KOSTL IN KOMXM

Mesaj

               Doğru xərc mərkəzi seçin!