Sun Food şirkəti - Uğur Hekayəsi - sapport.az

Sun Food şirkəti – Uğur Hekayəsi

Azərsun Holdinq Şirkətlər Qrupunun istehsal etdiyi məhsulların satışını həyata keçirən Sun Food şirkəti istifadə etdiyi SAP proqramında maliyyə proseslərini təkmilləşdirmək məqsədi ilə “Əsas vəsaitlərin uçotu” SAP FI-AA (Asset Accounting) modulunu aktivləşdirmək üçün keçən ilin son ayında SAPPORT Konsaltinq ilə əməkdaşlığa başladı. Yanvar ayında başlayan layihə karantin vəziyyətində olmağımıza baxmayaraq ən qısa zamanda uğurla tamamlandı.

Layihəmiz, əsas vəsaitlər üzrə məlumat bazasının yaradılması, əsas vəsait üzrə maddi-məsul şəxslərin işinə nəzarət, əsas vəsaitin təmirinə çəkilən xərclərin planlaşdırılması və idarə olunması, əsas vəsaitlərin alışı, satışı, anbarda qalmış, istismara verilməmiş əsas vəsaitlərin anbar uçotundan çıxarılması, əsas vəsaitlər üzrə amortizasiya xərclərinin hər bir kateqoriya üzrə binalar, qurğular, avadanlıqlar, nəqliyyat vasitələri və digər əsas vəsaitlər üzrə həm vergi qanunvericiliyinə, həm də beynəlxalq standartlara uyğun aylıq və illik hesablanması, hesabatları analiz etməklə əsas vəsaitlərin texniki və iqtisadi təhlilinin vəziyyəti və s. sahələri əhatə etdi.

Layihədə, şirkətin SAP və Maliyyə departamentləri mühüm rol oynayan vacib amillərdən oldu. Bu amillərin tam koordinasiyada işləməsi layihənin uğur hekayəsinə çevrilməsi üçün bir zəmin yaratdı. Sapport Konsaltinq adından Azərsun Holdinq Şirkətlər Qrupunun rəhbərliyinə, SAP departament müdiri və əməkdaşlarına, Sun Food şirkətinin maliyyə departamenti müdiri və komandasına təşəkkürümüzü bildirir, sonraki fəaliyyətlərində uğurlar arzu edirik.