SAP Business Warehouse

SAP Business Warehouse

Biznes proseslərində yeni verilənlər (data) yaranır, hansı ki bu verilənlər biznes inkişaf etdikcə sürətlə artır. Bu verilənlər ilkin formada xam – emal edilməmiş verilənlər olur. Onları daha anlamlı formaya gətirmək, analitik həllər yaratmaq və biznes qərarlarının qəbul edilməsində istifadə etmək üçün “verilənlər anbarına” toplayıb modellər qurulur və çoxölçülü formata gətirilir. Xam data yalnız bu emal prosedurlarını keçdikdən sonra qərar vermə prosesində istifadə edilə bilir. SAP bu prosesi öz məhsulu olan və 1998-cı ildə əsası qoyulan BW (Business Warehouse) tətbiqi proqramlar paketi ilə reallaşdırır. SAP-ın ayrı-ayrı modulları (FI/CO, SD, MM, HR və s.) vasitəsi ilə biznes proseslər zamanı yaradılmış data BW-yə toplanıb analitik hesabatlara olan ehtiyacları da nəzərə alınaraq modellər qurulur və bu modellər əsasında analitik sorğular yaradılır. BW-nin verilənlər bazası (database), funksinallığı və texnologiyasından asılı olaraq bir neçə versiyası (BW 7.0/7.3/7.4/7.5 və s.) mövcuddur. Ən son versiyası isə BW/4HANA 2.0 SP04-dır.

BW/4HANA

BW/4HANA haqqında bəhs etməmişdən öncə onun ayrılmaz hissəsi olan HANA nədir sualına cavab vermək cox vacibdir. Qısa olaraq təsvir etsək, biznes transaksiyalarının həcmi artdıqca, onları idarə etmək çətinləşir. Həcmi artan bu məlumatları saxlamaq və sorğular zamanı yüksək performans tələblərinə cavab vermək üçün hardware (server) və software (proqram təminatı) kombinasiyasında dəyişklik qaçılmazdır. Böyük təşkilatların yüksək performans tələblərinə cavab vermək üçün, SAP şirkəti HANA adlandırdığı (High-Performance Analytic Appliance) data platforması təqdim etdi. Yüksək sürətli prosesə malik olmasında əhəmiyyətli dərəcədə önəmli olan datanın əməli yaddaşda (RAM, In-Memory Database) saxlanması və bu datanın sütun, sətir və obyekt əsaslı olmasını vurğulamaq vacibdir. Bu texniki xüsusiyyəti, HANA həllərindən istifadə etməklə biznes əməliyyatlarında toplanan və emal olunan böyük həcmli informasiyanı analiz etməyə imkan verir. HANA bulud (cloud) və yerində fiziki server (on premise) olaraq mövcuddur.

SAP BW/4HANA məhsulu, HANA platforması üzərində yüksək səviyyədə optimallaşdırılmış verilənlər anbarıdır. Daha sadələşdirilmiş bir struktura malik olan bu həll SAP və ya digər texnologiyalara (Oracle, SQL, Big Data və s.) uğurlu inteqrasiya imkanlarına malikdir.

BW/4HANA verilənlər anbarı xam datanı dinamik şəkildə və qısa zamanda qərar qəbul etməyə, hazır informasiyaya çevirməyə imkan verir. Zamanında lazımi informasiyaya çıxış isə doğru vaxtda doğru addım atmağa, çevik strateji və taktiki qərarlar verilməsinə geniş imkanlar yaradır. Öncəki versiyalarla müqayisədə BW/4HANA texnologiyasının 4 fundamental fərqli xüsusiyyəti onu bazarda olan digər həllərdən fərqləndirir:

1. Sadəlik: Modelləmə elementlərinin daha da optimallaşdırılması ilə sayının azaldılması. Bu da öz növbəsində sistemin idarə edilməsi, məlumat axınının (data flow) sadələşdirilməsinə təsir edir.

2. Açıqlıq: Yaradılmış modellərin sistem tərəfindən avtomatik SQL View’a çevirərək sistem xaricində digər sistemlərlə (Big Data və s.) inteqrasiyasını mümkün edir.

3. Müasir istifadəçi interfeysi (UI): Eclipse əsaslı modelləmə mühitinin olması, Fiori üzərindəki administrativ əməliyyatlar etməklə və web üzərində həssas vizuallaşma ilə rahat və intuitiv (user friendly) mühit yaradır.

Modelləmə və administrasiya.

Analitik Hesabatlar:

SAP Business Objects, SAP Cloud Analytics (SAC) və s. SAP-nin vizual hesabat alətləri haqqında ayrıca yazacağımız və BW4HANA perspektivindən baxdığımız düçün yuxarıdakı nümünə ilə kifayətlənirik.

4. Yüksək performans: Əməliyyat və hesablamaları “database” səviyyəsinə endirərək son istifadəçilərin sorğularına sürətli reaksiya verməsi. Bu da sistemin tətbiqi baxımdan genişlənə bilməsi üçün vacib şərtlərdəndir.

Əgər şirkətinizdə BW sisteminin öncəki versiyası mövcuddursa, onu yeni versiyaya müasir və təcrübədə uğurla sınanmış metodla miqrasiya etmək və ya sıfırdan qurmaq (greenfield) mümkündür. Daha ətraflı məlumat üçün müraciət edə bilərsiniz.